Yazını böyüt
Yazını kiçilt
İranın ölkəmizdəki səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Hafta.az-ın yazdığına görə, bu barədə səfirliyin Twitter hesabında paylaşım edilib.
"İran səfirliyi dost, qardaş və qonşu Azərbaycan dövlətini və xalqını işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün möhkəmləndirilməsinin, xüsusilə də İran - Azərbaycan müştərək sərhədlərinin 132 kilmetrlik hissəsinin bərpasının birinci ildönümü münasibətilə təbrik edir", - paylaşımda deyilir.