İran sərhədçiləri əfqan qaçqınları DİRİ-DİRİ YANDIRIBLAR

11:25 12.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstandan İrana keçmək istəyən sığınacaq axtaranların məruz qaldıqları pis rəftara dair çox sayda görüntü sosial mediada yayılıb.

Hafta.az-ın yazdığına görə, bu günlərdə yayılan daha bir görüntüdə Əfqanıstan vətəndaşı olduğu anlaşılan bir qrup sığınacaq axtaran şəxsin üzərinə alışan maddə tökərək diri-diri yandırıldığı məlum olub. Görüntülərə əsasən yanan insanlar kömək üçün yalvarsalar da, iranlı əsgərlər əksinə, onları qəddarlıqla döyürlər. 

Amma bəzi ekspertlərə görə, görüntülərdə qaçqınları yandıranların yüz faiz İran sərhəd qüvvələri olub-olmadığı bəlli deyil. Bununla belə, keçmişdə bölgədən gələn bir çox xəbərlərdə İran sərhəd qüvvələrinin əfqan qaçqınları saxlayıb insan alverçilərinə təhvil vermələrinə dair xəbərlər yayılmışdı. Hansı ki, sonradan həmin qruplar sözügedən əfqanları sərbəst buraxmaq üçün pul tələb edirdilər. 

Xatırladaq ki, qısa müddət əvvəl yayılan başqa bir videoda əfqan qaçqınların qar üzərində çılpaq sürükləndiyi anları əks olunmuşdu. Qeydə alınan görüntülərin qaçqınların ailələrindən pul almaq məqsədilə yayıldığı düşünülür. Qaçqınların son durumu ilə bağlı təfərrüatlar yoxdur.