İranda bir gündə koronavirusdan 126 nəfər vəfat edib

14:12 22.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 126 nəfər vəfat edib.


Hafta.az-ın yerli mediaya istinadən məlumatına görə, bununla bağlı məlumatı İran Səhiyyə Nazirliyi yayıb. Qeyd edilib ki, İranda virusdan ölənlərin sayı 20502 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa 2028 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 356792 nəfərə çatıb.

Ölkədə indiyədək xəstəlikdən 307702 nəfər sağalıb.