İranda Mahsa Əmini etirazları zamanı həbs edilən daha 3 nəfərə ölüm hökmü çıxarılıb. Hüquq müdafiəçiləri etirazçıları ölüm cəzası kimi ağır cəzalarla qorxutmağa çalışıldığını iddia edirlər.
Salih Mirhaşemi, Mecid Kazimi və Seyid Yakubi 3 mühafizəçinin qətlində əli olduğu iddiası ilə mühakimə olunurdu.
AFP xəbər agentliyi xəbər verir ki, bu son edam hökmləri ilə dörd aydır davam edən etiraz dalğasında edama məhkum edilənlərin sayı 17-yə çatıb.
Osloda yerləşən İran İnsan Haqları Təşkilatı qeyd edir ki, ən azı daha 109 etirazçı ölüm hökmü ilə üzləşə biləcək ittihamlarla mühakimə olunur.
İranda həftəsonu daha iki nəfər edam edilib. Məhəmməd Mehdi Kərəmi və Seyit Məhəmməd Hüseyni dövlət əleyhinə cinayətdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.
Salih Mirhaşemi, Məcid Kazimi və Seyid Yakubi də “yer üzündə Allaha qarşı müharibə aparmaq” kimi tərif edilən cinayətə görə mühakimə olunublar.
Kərəcdəki həbsxananın qarşısında ölümə məhkum edilən Məhəmməd Qobadlou və Məhəmməd Boroughani üçün gözləmə davam edir.