İranda güclü zəlzələ - ölənlər və yaralılar var 

09:00 02.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın cənubunda 6 bal gücündə zəlzələ olub.

 

Hafta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların episentri Bəndər Lingə şəhərindən 61 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

 

İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində 5 nəfər həlak olub, 44 nəfər xəsarət alıb. Ölü sayının artması istisna edilmir.