İranda zəlzələ olub

11:50 15.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran İslam Respublikasında 5,1 bal gücündə zəlzələ olub.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 22:35-də qeydə alınıb. Zəlzələnin episentri Fars əyalətində, Beyram yaşayış məntəqəsindən 17 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 16 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.