İrandakı molla rejimi Azərbaycana qarşı təxribatlarını davam etdirir. Əlindəki bütün mümkün variantlardan istifadə edərək rəsmi Bakıya "təzyiqlərini" artırmağa çalışan Tehran rejimi bu dəfə "Naxçıvan kartı"nı işə salmağa çalışır.
Belə ki, Tehran rejimi indi də Naxçıvanla gediş-gəlişi əngəlləmək, hətta sərhədləri bağlamaq üçün "zəmin" hazırlamaqla məşğuldur. Mollaların nəzarətində olan mətbuat orqanlarında bu təxribatı reallaşdırmaq üçün "informasiya bazası" formalaşdırılır.
"Mehr" xəbər agentliyində yayılan məlumata görə, "İran Amerika istehsalı olan silahların böyük partiyasını müsadirə edib".
Şərqi Azərbaycan Əyalətinin Sərhəd Mühafizə Xidmətinin komandiri briqada generalı Məhəmməd Əhmədi odlu silahlar üçün xeyli miqdarda döyüş sursatı ələ keçirildiyini və silah alverçisinin həbs edildiyini bildirib.
Onun sözlərinə görə, bu "odlu silah sursatlarının ölkə daxilində təxribat aktları üçün istifadə edilməsi ehtimalı var". O, silah alverçisinin odlu silahlar üçün döyüş sursatı istehsalında lazım olan xammalın böyük partiyasını daşıdığını bildirdi.
"Silah alverçisi", nə təsadüfdürsə, Culfa sərhəd rayonunda həbs edilib.