Yazını böyüt
Yazını kiçilt
İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin komandanı briqada generalı Məhəmməd Pakpur yaxın günlərdə ölkənin şimalında genişmiqyaslı hərbi təlim keçirəcəyini açıqlayıb. Hafta.az İran mətbuatına istinadla bildirir.
“Yaxın günlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının ölkənin şimal sərhədlərində, Araz bölgəsində, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aşura regional hərbi bazasında irimiqyaslı təlimləri keçiriləcək”, - deyə Quru Qoşunlarının komandanı bildirib.
O, genişmiqyaslı təlimlərin keçirilməsinin İİKK Quru Qoşunlarının döyüş hazırlığının artırılması məqsədilə illik plana uyğun olaraq missiyanın yerinə yetirilməsinə uyğun olduğunu bildirib.