“Brüssel görüşü bu gün Qərbin qeyri-səmimi olduğunu göstərir. Erməni xalqı Qərbin Ukraynaya verdiyi dəstəkdən dərs çıxarmalıdır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Kamal Cəfərov bildirib.
Deputat qeyd edib ki, 6 ay ərzində Ermənistan-Azərbaycan sərhəddi özünün sakit dörünü yaşayır. Lakin Qərb, Avropa Ermənistan baş naziri ilə keçirilən görüşlə regionda gərginlik yaratmaq niyyətini ortaya qoyur.
“Görüşqabağı ABŞ-ın baş katibi Antoni Blinkenin Azərbaycan Prezidentinə zəng edərək bu görüşün Azərbaycana qarşı olmadığını, Ermənistanla iqtisadi əlaqələrə söykəndiyini desə də, bu ciddi qəbul oluna bilməz”.
Deputat Avopa İttifaqının, ABŞ-ın Ermənistanı iqtisadi dəstək adı ilə öz himayəsinə almasının Rusiyaya qarşı olduğunu deyib.
Eyni zamanda qeyd edib ki, Rusiyanın məsələyə qeyri-müəyyən mövqeyi, İranın susqunluğu Qərbi Ermənistana dəstək adı ilə regiona daxil olmasında daha da həvəsləndirir.