İranla Azərbaycan arasında ticarət dövriyyəsinin illik həcmi 400 milyon dollardır.
Hafta.az xəbər verir ki, bunu İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabının qələbəsinin 43 illiyi və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.
S.A.Musəvinin sözlərinə görə, bu rəsmi ticarət dövriyyəsinin rəqəmidir.
"İki ölkə əhalisinin də ticarəti var ki, bu rəqəm rəsmi ticarətdə qeyd olunmur. Ötən il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 30 faiz artıb. Azərbaycanın İrana məhsul ixracı 11 faiz artıb. Yaxın gələcəkdə ölkələrarası iqtisadi komissiyanın iclasında qəbul ediləcək qərarlardan sonra iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 1 milyard dollara çatdırılması gözlənilir", - deyə səfir əlavə edib.