İsmayıllıda ağır qəza olub: iki nəfər ölüb

17:45 04.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan hafta.az-a bildirilib ki, hadisə bu gün saat 16:00 radələrində rayon ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə avtomobildə olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Qəza zamanı daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.