İsmayıllıda sürücülər inzibati məsuliyyətə cəlb edilib

19:15 22.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin aşkarlanması məqsədilə nəzarət-profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub. Onların barəsində cərimə protokolları tərtib olunub.