Yazını böyüt
Yazını kiçilt
ABŞ Dövlət Departamenti Vaşinqtonda İsrail və Livan nümayəndələri arasında keçirilən danışıqları məhsuldar və müsbət qiymətləndirib.
Hafta.az xəbər verir ki, sülh danışıqlarının üçüncü raundu çərçivəsində keçirilən ilk görüş konstruktiv keçib və məsləhətləşmələr cümə günü davam etdiriləcək.
Məlumata görə, tərəflər atəşkəsin uzadılması və sərhəd mübahisələrinin həlli mexanizmini müzakirə edirlər.
Livan hökuməti İsraillə təhlükəsizlik razılaşması əldə etməyə çalışsa da, münasibətlərin tam normallaşdırılmasına hələ hazır deyil./“Reuters”/