Yazını böyüt
Yazını kiçilt
İsrail Aliyah əməliyyatları üzrə yəhudi vətəndaşların Rusiyadan, eləcə də digər keçmiş Sovet respublikalarından immiqrasiyasını dayandırıb. İsrail səfirliyindən verilən açıqlamada, əməliyyatların oktyabrın 27-dək dayandırıldığı bildirilir. Konsulluq fəaliyyətini davam etdirəcək.
Hafta.az-ın Gazeta.ru-ya istinadən yazdığına görə, Moskva ravvini Adolf Şaeviç bildirib ki, Aliyah əməliyyatları qeyri-müəyyən bir tarixə qədər dayandırılmış ola bilər. Şaeviç bu qərarın Qəzzada quru əməliyyatına hazırlaşan İsraildəki intensivlik və səfərbərliyə görə verilə biləcəyi qənaətindədir.