Yazını böyüt
Yazını kiçilt
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, “Camal LTD” MMC-nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 3250 kiloqram dondurma, un, ət və dondurulmuş meyvə-tərəvəz məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.