IX sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılır

10:19 10.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq 15 mart 2022-ci il saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanılacaq.

Bu barədə hafta.az-a Təhsil Nazirliyindən xəbər verilib.

Qeyd olunan sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.