İyunda Səudiyyə Ərəbistanından tibbi heyət Bakıya səfər edəcək

09:05 22.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Təxminən iki ay sonra – iyunda Azərbaycan Səhiyyə Naziriliyinin tərəfdaşlığı əsasında, Kral Salman adına Humanitar Aksiyalar Mərkəzinin xətti ilə Səudiyyə Ərəbistanından könüllülərdən ibarət tibbi heyət Bakıya gələcək.

Hafta.az-ın yazdığına görə, onlar tibb sahəsində Azərbaycana hansı formada dəstəyin verilməsinin lazım olduğunu araşdıracaqlar. Tələbatın ən çox olduğu sahələr müəyyən edildikdən sonra Səudiyyə Krallığından həmin sahənin inkişafına dəstək veriləcək.

Qeyd edək ki, bu cür layihələr Səudiyyə Krallığı tərəfindən 100-ə yaxın ölkədə icra olunur.