Yazını böyüt
Yazını kiçilt
Jurnalistlərin ikinci doza vaksinasiyası mayın 31-də keçiriləcək.
Bu barədə hafta.az-a Mətbuat Şurasından verilib.
Məlumatda bildirilir ki, bu gün aprelin 26-da COVID-19 infeksiyasına qarşı vaksin olunmuş jurnalistlərin mobil telefonlarına vaksinin ikinci dozasının mayın 24-də tətbiq ediləcəyinə dair mesaj gəlib: "Məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Mətbuat Şurası ilə TƏBİB arasında əldə edilmiş razılığa əsasən həmin jurnalistlərə vaksinin ikinci dozasının mayın 31-də tətbiq ediləcəyi qərara alınıb".
Xatırladaq ki, vaksinasiya Azərbaycan Mətbuat Şurasında aparılacaq.