Jurnalistlərin növbəti vaksinasiyası bu tarixdə baş tutacaq

16:36 26.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 31-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası həyata keçiriləcək.

 

Hafta.az xəbər verir ki, həmin gün həm aprelin 26-da COVID-19 infeksiyasına qarşı vaksin olunmuş jurnalistlərə vaksinin ikinci dozası tətbiq ediləcək, həm də vaksinasiyadan keçməmiş media təmsilçilərinə peyvənd olunmaq üçün şərait yaradılacaq.

 

Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan hələ keçməmiş əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir.