Keçən il 150 üçəm doğulub

17:39 18.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 112758 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən hafta.az-a verilən xəbərə görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1-dən 12,2-yə qədər artıb.

 

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olub. Doğulan körpələrdən 3154-ü əkiz, 150-si üçəm, 8-i isə dördəm olub.