Keçmiş məhkumdan narkotik götürülüb

14:57 03.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Tovuz rayon sakini Ə.Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Gəncə dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.