Kəlbəcər istiqamətində mövqelərimiz növbəti dəfə atəşə tutulub

21:00 11.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.