Kəmaləddin Heydərov Yevlaxda vətəndaşlarla görüşüb - FOTO

14:43 01.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Yevlax şəhərində Yevlax rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, K.Heydərov tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan əlavə, Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov Mingəçevir  şəhərində Mingəçevir şəhərinin, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev Ağdaş şəhərində Ağdaş rayonunun sakinləri və həmin şəhər və rayonda məskunlaşmış məcburi köçkünləri qəbul edib.