Yazını böyüt
Yazını kiçilt
Noyabrda oktyabr ayı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 102,2 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 103,5 faiz, heyvandarlıq məhsulları üzrə 101,1 faiz olub.
Dövlət Statistika Komitəsindən hafta.az-a bildirilib ki, ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100 faiz, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi isə 100,8 faiz təşkil edib.