Kəramət Hüseynov “Böyük dəbilqə”də yarımfinala yüksəlib

17:29 05.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

Hafta.az xəbər verir ki, komandamızın üzvü Kəramət Hüseynov (60 kq) ilk görüşündə Daouda Dabone (Kot d’ivuar), növbəti mərhələdə monqolustanlı Ariunbold Enkhtaivana qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, Azərbaycan iki gün davam edəcək nüfuzla yarışda 6 cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edəcək.