Kanadanın Sakatchewan əyalətindəki Marieval Yatılı Kilsə Məktəbinin həyətində aparılan araşdırmalarda rəsmi qeydiyyatının olmadığı 751 uşaq cəsədinin qalıqlarının basdırıldığı məzarlıq tapılıb.
Hafta.az xəbər verir ki, məzarların tapıldığı Cowessess Bölgəsinin First Nation Yerliləri rəhbəri Cadmus Delorme keçirdiyi mətbuat konfransında bildirib ki, bu ayın əvvəlindən aparılan araşdırmalar nəticəsində 751 muşaq məzarı tapılıb. Onun sözlərinə görə, bunlar toplu yox, adsız məzarlardır.
Məzarlığı idarə edən Roma Katolik Kilisəsi 1960-cı illərdə məzarlardakı işarələmə nöqtələrini itirib. Kanadanın rəsmi məlumatlarına əsasən Marieval Qızıldərili Yatılı Kilsə Məktəbi 1899-cu ildən 1997-ci ilə kimi əyalətin paytaxtı Reginanın 140 kilometr şərqində Cowessess yerlilərinin olduğu bölgədə fəaliyyət göstərib.