Kiyevə 30 tondan çox humanitar yardım göndərilib

12:18 19.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıdan Kiyevə 30 tondan çox humanitar yardım göndərilib.

Bu barədə hafta.az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

"Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq və digər zəruri mallardan ibarət humanitar yardım Bakı Şəhəri ilə qardaşlaşmış Kiyev şəhərinin sakinlərinə göndərilib", - məlumatda deyilir.