Bu gün günorta saatlarına doğru başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərini ballistik raketlərlə hədəf alıb.
Hafta.az xəbər verir ki, Kiyev şəhər meri Vitali Kliçko paytaxtın Svyatoşin rayonunda dağıntılar qeydə alındığı barədə açıqlama yayıb. Bildirib ki həkimlər hadisə yerindədirlər.
Monitorinq qrupunun məlumatına görə, Kiyevə 10 yaxın müxtəlif tipli raket atılıb.
12:41
Bu gün günorta saatlarına doğru başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərini ballistik raketlərlə hədəf alıb.
Hafta.az xəbər verir ki, şəhərdə güclü partlayış səsləri eşidilir. Şəhərin bəzi hissələrini tüstü bürüyüb.
Hazırda xilasedicilər hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər. Zərərçəkənlərin sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Hazırda hava zərbələri davam edir.