Yazını böyüt
Yazını kiçilt
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək klublararası dünya çempionatının iştirakçılarından biri dəyişib.
Hafta.az FİFA-nın saytına istinadən xəbər verir ki, Yeni Zelandiyada hökm sürən koronavirus pandemiyası üzündən mövcud karantin qaydalarına görə, "Oklend Siti" turnirdən imtina etmək məcburiyyətində qalıb. Onu Taiti təmsilçisi "Pirae" əvəzləyib.
“Pirae" isə “Əl-Cəzirə” ilə qarşılaşacaq. Qalib komanda 1/4 finalda “Əl Hilal”la oynayacaq.