Kolbasa alan zaman qiyməti də nəzərə alınmalıdır - Ekspert

19:16 01.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Kolbasanın ana maddəsi ətdir. Bu qırmızı dana əti və ya digər quş ətləri də ola bilər. Əlavə olaraq nişasta unu və ədviyyatlar qatıla bilər.

Bu fikirləri hafta.az-a qida mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bəzən olur ki, qatqılar həddindən çox əlavə olunur, yaxud da ətin lazımsız hissələri də ətlə birlikdə kolbasa hazırlayan zaman istifadə edilir. Bunlar da olduqca zərərlidir. Kolbasa alan zaman qiyməti də nəzərə alınmalıdır:

"Ən azından diqqət etməliyik ki, ətin 1 kiloqramı ilə kolbasanın 1 kiloqramı arasında böyük fərq yaranmasın”.