Kolumbiya Bakıda keçirilən dünya çempionatında iştirak edir

18:35 19.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 18-dən 21-dək Bakıda keçirilən Batut Gimnastikası üzrə 35-ci dünya çempionatında 33 ölkədən 300-ə yaxın gimnast arasında kolumbiyalı idmançılardan ibarət nümayəndə heyəti də iştirak edir.

Səfirlikdən Hafta.az-a verilən məlumatda deyilir ki, 11 nəfərdən ibarət Kolumbiya nümayəndə heyətinə Kolumbiya Gimnastika Federasiyasının Baş katibi Samir Portillo Diaz rəhbərlik edir. İdmançılar arasında Aleks Canizales Qarzon, Katiş Hidari Rekalde Kampos, Edvin Quintero Puentes və Ramon Kalero var. Davam edən çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək. Yarışların ilkin təqviminə əsasən, ilk iki gün təsnifat, son iki gün isə final olacaq.

Qaydalara görə, hər iştirakçı bir neçə fərqli proqramda çıxış edə bilər.