Koreya səfiri qaçqın və məcburi köçkünlərlə görüşüb

18:07 11.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op bu gün Qarabdağ rayonunun “Qobu Park-3” Yaşağyış Kompleksində “2021-ci il Qaçqın və Məcburi Köçkünlərə Dəstək Tədbiri”ni keçirib.

Səfirlikdən Hafta.az-a verilən məlumata görə, tədbiri Koreya səfirliyi ilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkil edib. Səfir Kim Tonq Op “Qobu Park-3”dəyerləşən Xarı Bülbül Mədəniyyət Mərkəzində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanovla görüşüb, kompleksdə yaşayan qaçqın və məcburi köçkünlər üçün təmin edilən peşə təhsili haqqında geniş məlumat alıb, buradakı şagirdlərin əl işi olan Koreya haqqında rəsmlərdən ibarət sərgi ilə tanış olub. Bundan əlavə, səfir mədəniyyət mərkəzinə 3 ədəd noutbuk da daxil olmaqla, texniki avadanlıqlar və xalça toxuma təlimində istifadə edilən xammalın təqdimetmə mərasimində iştirak edib.

Qeyd edək ki, Koreya səfirliyi 2014-cü ildən bəri hər il qaçqın və məcburi köçkünlərə dəstək tədbirlərini həyata keçirməkdədir.