Koronarivus mövsümi xarakter daşıya bilər - Amerikalı baş infeksiyaçı

13:55 06.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bütün ölkələrin birgə səyləri ilə belə yeni növ koronavirusu tam məhv etmək mümkün olmayacaq.

Bu fikri ABŞ-ın Allergiya və İnfeksiya Xəstəlikləri Milli İnstitutunun direktoru Entoni Fauçi səsləndirib.
O, virusun tam yoxa çıxması ehtimalının az olduğunu vurğulayıb: “Bununla belə, virusa qarşı qlobal mübarizə vacibdir. Əgər dünya səviyyəsində nəzarət ələ alınmasa, koronarivus mövsümi xarakter daşıya bilər”.