Kosmetoloqa getdi, az qala BURNUNU VƏ DODAQLARINI İTİRƏCƏKDİ

22:56 19.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

26 yaşlı Liverpul sakini Liya Morton klinikada kosmetoloqa gedərək burnunda müəyyən korrektələr etdirmək istəyib.

Hafta.az xəbər verir ki, lakin klinikada prosedurun əks təsirləri ilə bağlı ona heç bir xəbərdarlıq edilməyib və şprislə dərisinin altına müvafiq maddələr yeridilib. Həin axşamı qız burnunda ağrılar hiss edib, səhər isə burnunun ucu tamamilə soyuyub. Xəstəxanaya zəng etsə də, naahatlıq üçün heç bir əsas olmadığı deyilib.

Bir neçə gündən sonra isə qızın burnunda ağ rəngli ləkələr əmələ gəlib, sonradan isə qaalıb. Xəstəxanaya gedən Liyaya nekroz, dərinin ölməsi diaqnozu qoyulub. Məlum olub ki, ona filler yeridilərkən burunu qanla təchiz edən damar zədələnib. Müalicə yazılsa da, həkimlər nekroz səbəbindən onun üzündə çapıqlar qalacağını, dodaq və burunun isə əvvəlki rənginə qayıtmaq ehtimalının çox az olduğunu söyləyiblər.

Oxunma sayı 2417