Yanvarın 4-nə keçən gecə Sibirdə, Krasnoyarsk yaxınlığında partizanlar Rusiya Federasiyasının hərbi eşelonları da daxil olmaqla dəmir yolunda qatarların hərəkətini əngəlləyərək dayandırıblar.
Hafta.az xəbər verir ki, bu haqda “TSN” kanalı məlumat yayıb.
"Ukraynanın hərbi kəşfiyyatı Rusiya Federasiyasında müqavimət hərəkatının aktivləşməsini qeydə alır. Partizanlar Trans-Sibir dəmir yolunun Krasnoyarsk yaxınlığındakı hissəsində mülki və hərbi qatarların hərəkətini növbəti dəfə dayandırıblar", - Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi(BKİ) teleqram-kanalında yaydığı məlumatında bildirib.
BKİ dəqiqləşdirib ki, 2023-cü ildə "bu, Rusiyanın müxtəlif bölgələrində dəmir yolunda hərbi eşelonların hərəkəti qrafiklərinin pozulmasına gətirib çıxaran siqnalizasiya, mərkəzləşdirmə və bloklama bloklarının dağıdılması ilə bağlı ən azı altıncı haldır".
Eyni zamanda Trans-Sibir dəmiryolunun bölmələrindən birində baş verən yanğının bir neçə saniyəlik videosu yayımlanıb.