Küçənin adının dəyişdirilməsi 5 min sakini çaşbaş salıb

12:05 21.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çexiya hakimiyyəti yaxın vaxtlarda paytaxt Praqada 5 minə yaxın insanın yaşadığı küçənin adını dəyişməyi planlaşdırır.

Hafta.az-ın yazdığına görə, daha əvvəl bildirilmişdi ki, Sovet generalı İvan Stepanoviç Konevin adını daşıyan küçə Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar olaraq dəyişdiriləcək.

DPA yazır ki, dünən şəhər şurasının sözçüsü küçənin adının gələn oktyabr ayından sonra dəyişdiriləcəyini bildirib.

Bu addım uzunluğu təxminən 3,4 kilometr olan əsas yolun sakinlərini narahat edəcək, çünki onlar 6 ay ərzində şəxsiyyət vəsiqəsini və digər sənədlərini dəyişməli olacaqlar. Yüzlərlə müəssisə və mağaza da ad dəyişikliyindən təsirlənəcək.

Siyasət rubrikasından digər xəbərlər