Kürdəmir rayonunda "VAZ" yanıb 

22:23 16.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmir rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Yenikənd kəndində "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.