Kuril adaları yaxınlığında 5,4 bal gücündə zəlzələ olub 

10:58 12.07.2021 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Kuril adaları yaxınlığında Sakit okeanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Suşimir adası yaxınlığındadır. Təkanların ocağı 80 kilometr dərinlikdə qeydə alınıb.

Sunami təhlükəsi elan edilməyib. Xəsarət alan və dağıntılar yoxdur.