Laçın dəhlizində Azərbaycan güc yolu ilə də olsa, gömrük postu qoymalıdır - Məhəmməd Əsədullazadə

12:55 09.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanla sülh müqaviləsinin bağlanması yaza qədər mümkün görünmür. Azərbaycan Ermənistana üçüncü sülh müqaviləsinin paketini təqdim edib. Detallar ictimaiyyətə açıqlanmasa da, Yerevanın növbəti dəfə bu təklifi manipulyasiya edəcəyi, sülh müqaviləsinin bağlanmasından yayınacağı gözlənilir. Ermənistanla sülh müqaviləsinin bağlanması yaza qədər mümkün görünmür”.

Bunu hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə son sərhəd olayları fonunda sülh müqaviləsinin bağlanması və sərhəddə sülhməramlı ilə bağlı olan problemin təhlilində bildirib.

M.Əsədullazdə bildirib ki, bir neçə gün bundan əvvəl işçi komissiyanın üzvüləri Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü keçirilib. Bu görüşdə nəqliyyat və kommunikasiyaların açılması müzakirə edilib:

“Məhz Yerevanın Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadığı üçün bu iclasda hər hansi razılıq əldə olunmayıb. Ümumiyyətlə, bundan sonra da bu kimi iclasların nəticəsiz başa çatması gözlənilir. Ermənistanla Rusiyanın vasitəçiliyi ilə bu xüsusda danışıqlar aparmaq vaxt itkisidir. Rusiya tərəfi liderlərin növbəti görüşünün təşkilində maraqlıdır. Ermənistanın möveyinin hansı istiqamətdə olacağı, sülh müqaviləsinin bağlanmasında maraqlı olduğu təqdirdə bu görüşdə iştirak etmək olar. Hazırkı situasiyada Yerevan Azərbaycanla sülh müqaviləsinin bağlanmasına getməyəcək. Rusiyanın vasitəçiliyi istiqamətində atacağı addımlar isə, prosesi nəzarətində saxlamaqdır. Ermənistanla sülh müqaviləsi yaz aylarına kimi bağlayanmaya bilər”.

M.Əsədullazadə Azərbaycanın Laçın dəhlizində gömrük postu qurmasına diqqət çəkib. Onun sözlərinə görə, rəsmi Bakı bu məsələdə israrlıdır və bütün proseslər Ermənistan və Rusiyanın addımlarından asılı olacaq:

“Azərbaycan Moskvanın prosesi sabotaj etdiyini və Yerevanda sülhdən tam geri çəkildiyini gördükdə Laçın dəhlizində güc tətbiqi ilə post qoya bilər. Xankəndinə və Xocalıya isə tankla deyil, yumuşaq güc vasitəsilə girəcəyik. Təbii ki, yumuşaq gücün arxasında, hərbi güc durur. Azərbaycan rəsmiləri, Kütləvi informasiya vasitələrinin nümayəndələri etnik ermənilərin yaşadığı əraziyə girə bilər. Sülhməramlı qüvvələr onların qarşısının almalı deyil, onların təhlükəsizliyini təmin etməlidir”.

Siyasi şərhçi qeyd edib ki, Rusiya sülhməramlı qüvvələri öz missiyalarindan kənar, erməni separatçılarını qorumaqla birbaşa təlimatı Kremldən alır. Proseslər Azərbaycanın Laçın yolunda gömrük postunun qoyulması ilə nəticələnəcək:

“Çünki baş verənlər Azərbaycanın suverenliyini təhdid edir. Rusiya Qarabağda ermənilərin reinteqrasiyasına imkan verməyərək, Vardan Rubinyan vasitəsilə yeni təxribatlara hazırlaşır. Azərbaycanın qətiyyətli addımları bu təxribatların qarşısını ala bilər”.

M.Əsədullazadə bildirib ki, Türkiyə və Azərbaycanın birgə "Qardaş Yumuruğu" hərbi təlimləri Tehrandakı isti başlara soyuq duş effekti verdi. Onun fikrincə, bundan sonra Azərbaycana qarşı hərhansı bir "əzələ' nümayişində qarşısında "Qardaş Yumuruğunu" görəcək:

“Tehran rejiminin Azərbaycanla bağlı strateji xəttində müsbətə doğru dəyişikliklər gözlənilmir. Proseslər iki ölkə səfirliklərinin geri çağırılması ilə nəticələnə bilər. Rusiya da bu təlimlərdən dərs çıxaracaq. Qarabağda hoqqabazlıqları, separatçıları silahlandırması azmış kimi Laçın dəhlizində Azərbaycanın gömrük postunun qoyulmasının qarşısını alır. Laçın dəhlizində Azərbaycanın Rusiya sülhməramlı qüvvələri ilə birgə gömrük postunun qoyulması Kreml tərəfindən qəbul edilməyib. Azərbaycan məcburi şəkildə bunu etməlidir. Qeyd edim ki, Türkiyə və Azərbaycan birgə ordu birləşməsi yaradılması labüddür. Bu birlik ölkəmizə qarşı siyasi və hərbi təzyiqləri neytrallaşdıracaq baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Oxunma sayı 1619
Siyasət rubrikasından digər xəbərlər