İsrail ordusunun Qəzza zolağında mülki insanlara qarşı kütləvi qətl siyasəti yürütdüyü üçün dünya ölkələri arasında Təl-Əvivə qarşı narazılıqlar artmaqdadır.
Hafta.az-ın yazdığına görə, Çili prezidenti Qabriel Boric məhz bu səbəbdən ölkəsinin İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırdığını açıqlayıb. Boric "X" platformasındakı paylaşımında "Çili bu hərbi əməliyyatları qətiyyətlə pisləyir və onları böyük narahatlıqla izləyir" deyib.
Bu arada, müharibənin ilk günündən İsrailə qarşı çıxan Kolumbiya prezidenti Qustavo Petro da “X” platformasındakı paylaşımında Qəzzadakı müharibəyə görə ölkəsinin İsraildəki səfirini geri çağırdığını açıqlayıb. Petro paylaşımda deyib: “Mən İsraildəki səfirimizi dəvət etmək qərarına gəldim. İsrail Fələstin xalqına qarşı qətliamını dayandırmayınca biz orada qala bilmərik”.
Dünən Boliviya Xarici İşlər Nazirliyi dünən hökumətin İsraillə diplomatik əlaqələri kəsməyə qərar verdiyini açıqlayıb. Boliviya XİN, Qəzza zolağına hücumların insanlığa qarşı cinayət olduğunu bildirib.
Xatırladaq ki, Boliviya hələ 2009-cu ildə Qəzza zolağına hücumlara etiraz olaraq İsraillə diplomatik əlaqələri kəsmiş, 2020-ci ildə ölkə prezidenti Janine Anez hökuməti münasibətləri bərpa etmişdi...