Yazını böyüt
Yazını kiçilt
Lerik rayonunun Veri Əliabad kəndində bəzi yerlərdə torpaq sürüşməsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən hafta.az-a bildirilib ki, nəticədə kənddə yerləşən üç ədəd fərdi yaşayış evinin istismarı üçün ciddi təhlükə yaranıb. Bununla bağlı mütəxəssislərin verdiyi rəyə əsasən, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürüşmə zonasında yerləşən evlərdə yaşayan ailələrin təhlükəsiz əraziyə köçürülməsi zərurəti yaranıb.
Qeyd olunanları nəzərə alaraq, FHN-in Cənub Regional Mərkəzi tərəfindən həmin evlərdə yaşayan ailələrin müvəqqəti yaşaması üçün üç ədəd çadır ev qurulub.