London metrosunda yüzlərlə şalvarsız adam görüntüləndi

15:45 09.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Londonlular əyləncə xatirinə kütləvi şəkildə şalvarsız metroya düşüblər. Bu barədə “LadBible” xəbər portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə şahidləri The Elizabeth xəttinin qatarlarında alt paltarında ictimai nəqliyyatdan istifadə edən yüzlərlə qadın və kişini görüblər. Məlum olub ki, insanlar 2020-ci ilin mart ayında koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən dayandırılmış Şalvarsız Tube Ride şərəfinə şalvar, ətək və cins şalvardan imtina ediblər.

Materialda bildirilir ki, tədbir qışda Britaniya paytaxtının sakinlərini və qonaqlarını şənləndirmək üçün nəzərdə tutulub. Yerləşdirilmiş kadrlarda fləşmobun gülərüz iştirakçılarının bir-biri ilə necə ünsiyyət qurması, orada olan digər insanların baş verənləri kameralarda lentə alması göstərilir.