Lukaşenko Rusiyanı dəstəkləməkdə davam edəcəklərini bildirib

13:39 03.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanı dəstəklədiyini və bundan sonra da dəstəkləməyə davam edəcəyini bildirib.

Hafta.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə ölkənin Müstəqillik Günü münasibətilə təşkil olunan mərasimində çıxışı zamanı deyib.

“Biz Rusiyanı dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik” - Lukaşenko qeyd edib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkonu respublikanın Müstəqillik Günü münasibətilə təbrik edib. Putin həmçinin ruslar və belaruslar arasında dostluğun və qarşılıqlı dəstəyin qorunub saxlanmasının və möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Oxunma sayı 212