Luvr muzeyindən oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

17:45 26.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

19 oktyabrda Fransanın Luvr muzeyində baş verən oğurluqla şübhəli bilinən ən azı bir nəfər həbs edilib.

Hafta.az-ın məlumatına görə, bu barədə "France Inter" istintaqa yaxın mənbəyə istinadən xəbər verib.

 "Le Figaro" qəzeti qeyd edib ki, ikinci şübhəli Sen-Sen-Denis departamentində saxlanılıb. İş üzrə ümumilikdə dörd şübhəli şəxs axtarışa verilib.

Həbs prosessi 25 oktyabr axşamı Parisin Rua-Şarl de Qoll hava limanında baş tutub. Saxlanılanlar mütəşəkkil oğurluq və sui-qəsd ittihamları ilə həbs olunublar. İki şübhəli şəxsin axtarışı davam edir.