Maaşını vermədilər, o da fabriki yandırdı

15:29 13.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çində maaşını almayan işçi çalışdığı fabriki yandırıb. 

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Fujian əyalətinin Quanzhou şəhərində qeydə alınıb. Belə ki, beş gün üzrə 2 min yuan (493 manat) əməkhaqqını ala bilməyən işçi müəssisənin anbar hissəsində yanğın törədib. Alovun qısa zamanda genişlənməsi nəticəsində obyektə ciddi ziyan dəyib.

İlkin hesablamalara görə, hadisə 4 milyard yuan məbləğində maddi zərərə səbəb olub. Şübhəli saxlanılıb, faktla bağlı araşdırma aparılır.