“Prezident Zelenski Brüsseldə keçirilən konfransda yenidən Macarıstan hökumətinə müxtəlif ittihamlarla hücum edib”.
Hafta.az-ın yazdığına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Hökumət başçısı əslində ittihamların əsassız olduğunu faktlarla isbatlayıb.
“Gəlin faktlara nəzər salaq: Macarıstan Ukraynadan çox sayda qaçqın qəbul edib, müharibə başlayandan bəri ukraynalılar tərəfindən 14 milyondan çox sərhəd keçidi edilib, ölkəmizdə 3 Ukrayna məktəbi fəaliyyət göstərir, yaralı əsgər və uşaqlara qayğı göstərmişik, 10 mindən çox ukraynalı uşağa düşərgə salmışıq, Macarıstanda səhiyyə işçilərini yetişdirdik, Ukraynada məktəb və uşaq bağçalarını yenidən qurduq, Ukraynada ən böyük qaz təchizatçısı bizik, elektrik enerjisinin çox hissəsini biz çatdırırıq. İndiyədək ukraynalılara humanitar sahədə kömək etmək üçün maddi müstəvidə 200 milyon avro xərcləmişik. Bu prezident Zelenski üçün heç bir şey ifadə etmirsə, təəssüf!”, - cənab Orban eyib.
Baş nazir bütün bunlarla yanaşı, Zelenskinin diqqətinə çatdırıb ki, Avropa İttifaqından alınan subsidiyalara Macarıstanın halal pulları da daxildir. Macarıstan hökuməti buna sevinməsə də, hər halda, bu faktdır.
“Macarıstanın Ukraynaya borclu olduğuna dair fərziyyəni rədd etməliyəm. Ukrayna Macarıstanı heç kimdən və heç nədən qorumur. Bunu biz istəmədik və istəməyəcəyik də. Macarıstanın təhlükəsizliyinə Macarıstanın milli müdafiə imkanları və Ukraynanın üzvü olmadığı NATO zəmanət verir. Nəhayət, cənab Prezidentin diqqətini ona cəlb etmək istərdim ki, Avropa İttifaqının üzvləri bir ölkənin İttifaqa qoşulub-qoşulmayacağına yekdilliklə qərar verirlər. Bu o deməkdir ki, hər bir üzv dövlətin yeni üzvün qəbulunu dəstəkləmək və ya qarşı çıxmaq kimi suveren hüququ var. Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləmir və dəstəkləməyəcək, çünki biz müharibəni Avropaya yayıb macarların pulunu Ukraynaya axıdarıq” deyən Viktor Orban əlavə edib ki, Avropa İttifaqı təşkilata üzv olmadan Ukrayna ilə strateji tərəfdaşlığa daxil olmalıdır. Bu rəsmi Budapeştin təklifidir. Macarıstan gələcəkdə də bu mövqedə qalacaq, çünki buna hər cür haqqı var.