Maduro və xanımına irəli sürülən İTTİHAMLAR

17:09 03.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresini narkoterrorizmdə ittiham edib.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi "X" sosial şəbəkə hesabında paylaşım edib.

Nikolas Maduroya qarşı narkoterrorçuluq məqsədilə sui-qəsd, kokainin idxalı üzrə sui-qəsd, avtomat silahlar və dağıdıcı qurğulara sahib olma, habelə bu silah və qurğulara sahib olmaq üçün sui-qəsd maddələri üzrə ittihamlar irəli sürülüb.

Bildirilir ki, onlar yaxın zamanda ABŞ ərazisində, Amerika məhkəmələrində ABŞ ədalət sistemi qarşısında cavab verəcəklər.