Mağazadan 20 min manatlıq oğurluq edən qrupun daha bir üzvü tutulub

13:06 23.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda mağazadan oğurluq edən qrupun daha bir üzvü məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Ağdam Rayon Polis Şöbəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Ağdam rayonu ərazisindəki mağazaların birindən 20000 manat dəyərində 91 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, Başqərvənd kənd sakini E.Məmmədov saxlanılıb.