Sosial şəbəkələrdə magistratura imtahanına qeydiyyat üçün ödənişin 101 Azn olması ilə bağlı iddialar səsləndirilir. Bəziləri hesab edir ki, ləğv olunmuş ikinci mərhələnin də ödənişi birinci mərhələnin ödənişi üzərinə əlavə olunub.
Məlumatın doğru olub-olmaması üçün Dövlət İmtahan Mərkəzinin(DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə ilə əlaqə saxladıq. Qurumun sözcüsü hafta.az-a açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə səsləndirilinən bu məlumatlar əsassızdır:
“Yanlış məlumatlardır. Belə bir qayda tətbiq olunmayıb. Gələn həftə magistratura imtahanına qeydiyyat başlayacaq. Qiymətləri onda görəcəklər. Məndə dəqiq məlumat yoxdur. Amma o 100-101 manat məsələsinin isə heç bir əsası yoxdur.
X. Xanlarzadə magistratura imtahanında sual sayında dəyişiklik olması məsələsinə də aydınlıq gətirdi. O, bildirdi ki, imtahan ənənəvi qayda ilə keçiriləcək:
“İmtahan üzrə 100 sual təqdim olunacaq. 50 sual məntiq üzrə, 25 sual informatika, 25 sual isə xarici dildən olacaq. Bu, dəqiqdir, heç bir əlavə dəyişiklik olmayacaq”.