“Makarov” satmaq istədi, yaxalandı

21:23 01.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusarda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 1984-cü il təvəllüdü Eldar Əliyev Qusar rayonu Yasab kəndi ərazisində saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapançası, 5 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahati alınan E.Əliyev tapançanı bir müddət əvvəl Bakı şəhərində əldə etdiyini və satmaq məqsədi ilə Qusar rayonuna gətirdiyini bildirib.

Faktla əlaqədar Qusar RPŞ-də təhqiqat araşdırmaları aparılır.

Oxunma sayı 72